19 Avqust 09:35
1 552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nə Ukrayna ordusunun Kursk vilayətinə müdaxiləsi, nə də Rusiya qoşunlarının Donbasdakı hücum əməliyyatları müharibədə qalib gəlməyə imkan yaradacaq həlledici addımlardır.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun təhlilində deyilir.

Amerikalı analitiklərin fikrincə, həm Ukrayna, həm də Rusiyanın ayrı-ayrılıqda həlledici qələbə əməliyyatları keçirmək imkanları yoxdur. Bunun əvəzinə, strateji məqsədlərə nail ola biləcək bir neçə ardıcıl əməliyyat keçirməlidirlər.

Məqalədə qeyd olunur ki, hazırda Kursk və Ukraynanın şərqində davam edən hücumun nəticələri və əməliyyatların önəmini qiymətləndirmək hələ tezdir. Davam edən əməliyyatların mümkün nəticələri atılacaq sonrakı addımlara bağlıdır.

Ukrayna və Rusiya dərin müdafiə mövqeləri və ehtiyatlar yaratmaq imkanına malikdir, bu da hər hansı bir kampaniyanın kulminasiya nöqtəsinə çatana qədər müharibənin strateji məqsədlərinə çatmasına mane olacaq. Eyni zamanda, Rusiya sərhədlərini tam bağlamaq üçün kifayət qədər hərbi gücə malikdir.

“Buna görə də, Ukrayna və Rusiyanın kampaniyalarının effektiv dizaynı ilk əməliyyatlar üçün əsas olan bir çox sonrakı əməliyyatların düşünülməsi və planlaşdırılmasını tələb edəcək”, - ABŞ institutu əlavə edir.

Hələlik heç bir tərəf fasiləsiz ardıcıl əməliyyatlar apara bilmir. Eyni zamanda, əməliyyatda fasilələr və ya tempin azalması qarşı tərəfə təşəbbüsü ələ keçirmək imkanı verir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər