Almaniya federal hökuməti Ukraynaya hərbi yardımın məhdudlaşdırılması ilə bağlı xəbərləri təkzib edib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə hökumət sözçüsü Volfqanq Büxner müsahibəsi zamanı deyib.
Rəsmiyə görə, maliyyə səbəblərinə görə Ukraynaya hərbi dəstəyin kəsilməsi ilə bağlı şayiələr “utanc verici ittihamdır”.