Rusiya mağazalarında satılan erməni konyaklarının 90%-nin təhlükəli olduğu ortaya çıxıb.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə "Antikontrafakt” beynəlxalq assosiasiyası, Rusiya Federasiyasının Konyak, Spirtli İçkilər və Alkoqollu Məhsullar İstehsalçıları İttifaqının birgə araşdırmasında deyilir.
Araşdırma zamanı ən böyük erməni istehsalçısının 20-dən çox brendindən 200 nümunə götürülüb. Nümunələrin tədqiqinin nəticələri göstərib ki, içkinin 177 variantında pozuntular aşkar edilib. Bundan əlavə, nümunələrin demək olar ki, yarısı üzüm olmayan spirtdən hazırlanıb.