21 Avqust 16:05
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kursk vilayətində Ukrayna və Rusiya silahlı qüvvələri arasında döyüşlər bir neçə ay davam edə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya rəsmilərinə istinadla “Meduza” yazır.

Portalın hökumətə yaxın həmsöhbətinin sözlərinə görə, bu ehtimal olduqca yüksəkdir.

“Rusiya ərazisinə girib kəndləri nəzarətə götürmək yeni hadisədir və çox xoşagəlməzdir”, - başqa bir Rusiya rəsmisi bildirib.

Digər mənbə də Kurskdakı mövcud durumun uzunmüddətli ola biləcəyi fikrini təkrarlayıb:

“Əvvəlcə hansı qüvvələr tərəfindən, hansı müddətə daxil olduqları bəlli deyildi. Amma indi bir anlayış var, təxminlər uzaq tarixlə bağlıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər