21 Avqust 20:17
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan hakimiyyəti bu ayın əvvəlində Böyük Britaniyada iğtişaşlara səbəb olan dezinformasiyanın yayılmasında rolu olduğu iddia edilən 32 yaşlı Fərhan Asifi həbs edib və onu kiberterrorçuluqda ittiham edib.

Teleqraf.com xəbər verir ki, həmin şəxs iyulun 29-da İngiltərənin Sautport şəhərində 3 uşağın ölümü və 10 nəfərin yaralanması ilə nəticələnən bıçaqlanma hadisəsində şübhəli bilinən britaniyalı yeniyetmə haqqında “YouTube” və “Facebook” platformalarında dezinformasiya yaymaqda ittiham olunur.

Yayılan məlumatda bıçaqlanmanı törədən şübhəli şəxsin Britaniyada sığınacaq axtardığı və müsəlman olduğu iddia edilmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər