Qətərin Baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Tani İrana səfər edəcək.
Teleqraf.com xəbər verir ki, Əl-Tani Doha ilə Tehran arasındakı münasibətləri, eləcə də əsas regional məsələləri müzakirə edəcək.
Qeyd edək ki, Qətər son həftələr Qəzzada atəşkəslə bağlı aparılan danışıqlarda fəal rol oynayıb.