25 Avqust 09:53
4 268
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Kursk vilayətinə hücumu Xüsusi Hərbi Əməliyyatın (XHƏ) genişmiqyaslı NATO-Rusiya müharibəsinə çevrildiyini göstərir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiyanın keçmiş baş naziri Sergey Stepaşin TASS-a müsahibəsində deyib.

Daha sonra o bildirib: “Rusiya Təhlükəsizlik Şurası 2022-ci ildə xüsusi əməliyyata başlamaq qərarı verəndə heç kim bizim bütün NATO ilə döyüşəcəyimizi gözləmirdi”.

Stepaşinin sözlərinə görə, cəbhədəki döyüş əməliyyatlarının forması xüsusən Kursk hadisələrindən sonra XHƏ anlayışına uyğun gəlmir:

“Kurskdakı vəziyyət bu gün hərbi yanaşmanın nə qədər vacib olduğunu göstərdi. Ümid edirəm ki, bizim hərbi qərargahımızda vəziyyətə uyğun ideyalar var, çünki bu, artıq Xüsusi Hərbi Əməliyyat deyil, NATO ilə tam sxem üzrə müharibədir, hərbi əməliyyatların forması isə tamamilə fərqlidir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər