26 Avqust 20:35
1 916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiyevin Minski sərhəddən qoşunları çıxarmağa çağırması Qərb və daxili auditoriya üçün oyundur.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz bildirib .

O qeyd edib ki, Belarus tərəfi Kiyevdən belə bir xahişlə bağlı heç bir rəsmi müraciət almayıb.

“Biz bu mesajı sadəcə internetdə gördük. Bizə rəsmi heç bir müraciıt daxil olmayıb" - Qlaz deyib.

Belarus Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi əlavə edib ki, bu sorğunun məqsədi ilə bağlı suallar Ukrayna Xarici İşlər Nazirliyinə ünvanlanmalıdır. A.Qlaz həmçinin qeyd edib ki, Ukrayna tərəfi Belarus səmasına pilotsuz təyyarələr buraxır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər