"X" sosial şəbəkəsinin sahibi İlon Mask "Telegram"ın yaradıcısı Pavel Durovun Fransada həbsindən sonra Avropaya səfərdən çəkinməlidir.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Britaniya Fəhlə Partiyasının rəhbəri Corc Qallovey özünün YouTube kanalında deyib.
“Mən Maska Avropaya, hətta sentyabrda Dublində mənimlə planlaşdırılan görüşünə belə gəlməməyi şiddətlə tövsiyə edirəm. Onu da "Telegram"ın yaradıcısının aqibəti gözləyir ” - Qallovey deyib.
Qeyd edək ki, Durov avqustun 24-də axşam Fransanın Le Burje hava limanında şəxsi təyyarədən enərkən saxlanılıb . Sahibkar ölkəyə Azərbaycandan gəlib.