Rusiya 30 minə yaxın hərbçisini Kursk vilayətində yerləşdirib, rəqəm artır.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin ali baş komandanı, general Aleksandr Sırski deyib.
“Kurskda hücum əməliyyatının aparılmasının məqsədlərindən biri də düşmənin önəmli qüvvələrini digər istiqamətlərdən yayındırmaq idi. Bu, ilk növbədə, Pokrovsk və Kuraxiv (Donetsk) istiqamətlərinə aiddir”, - general bildirib.
Sırski əlavə edib ki, Rusiya bunu başa düşür, ona görə də əsas səyləri və ən döyüşkən bölmələrini Pokrovska göndərməkdə davam edir:
“Əlbəttə, Kursk əməliyyatı Rusiya qüvvələrinin xeyli hissəsini yayındırdı. Hazırda qeyd edə bilərik ki, 30 minə yaxın hərbçi artıq Kurska köçürülüb və bu rəqəm getdikcə artır. Bununla yanaşı, düşmən digər istiqamətlərdən də hissələri çıxarmamağa çalışır. Pokrovsk istiqamətində isə əksinə, səylərini artırır”.