İsveç baş nazirinin müavini Ebba Buş bir televiziya kanalına müsahibəsində İslam və müsəlmanları hədəfə alıb.
Teleqraf.com xəbər verir ki, ölkə rəsmisi şəriəti dəstəkləyənlərin İsveç və Avropaya gəlməməli olduqlarını deyib.
"Şəriət qanununun yaxşı bir fikir olduğunu düşünürsənsə, İsveçdə xoş qarşılanmayacaqsan. Əgər şəriət qanununun yaxşı bir fikir olduğunu düşünürsənsə, İsveç və Avropaya gəlməyə çalışmamalısan", - Buş bildirib.
Baş nazirin müavini qeyd edib ki, şəriət məsələsi gələcək üçün dəyərlər savaşıdır.
"İslam mədəniyyətimizə uyğunlaşmalıdır. Bunu edə bilməyən müsəlmanlar İsveçi tərk etməlidirlər. Burada şəriət qanunlarına yer yoxdur", - Buş vurğulayıb.