Ukrayna baş nazirinin müavini, reinteqrasiya naziri İrina Vereşçuk istefa ərizəsi təqdim edib.
Teleqraf.com xəbər verir ki, İrina Vereşçuk bu barədə öz "telegram" kanalında məlumat verib.
“Hökumətdə təxminən üç il işlədikdən sonra bu gün istefa ərizəmi verdim” - Vereşçuk paylaşımında deyib.
Qeyd edək ki, daha əvvəl Ukraynanın baş nazirinin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini Olqa Stefanişina istefa ərizəsini təqdim etməsi barədə Ali Radanın spikeri Ruslan Stefançuk məlumat verib.