Türkiyə və Suriya arasındakı yaxınlaşmanı məmnunluqla qarşılayırıq.
Teleqraf.com yerli mətbuata xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Misir Türkiyə ilə koordinasiyalı davranmalıdır: "Bu, xüsusilə humanitar böhranların aradan qalxmasında özünü göstərməlidir. Koordinasiyalı davranış həm də Yaxın Şərq regionunda özünü göstərməlidir”.
Misir lideri söyləyib ki, bu səfər ikitərəfli əlaqələrin daha da inkişaf edəcəyinin göstəricisidir: “Biz bu gün həm də Suriyadakı durum barədə danışdıq. Suriya xalqına mənfi təsir edən böhran sona çatmalıdır”.