Ukrayna ordusu Rusiyanın Kursk vilayətinə hücum etdikdən sonra Moskvanın diqqəti yalnız Pokrovsk şəhərinə fokuslanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “France 24” yazır.
Məqalədə qeyd olunur ki, ruslar Ukraynada digər cəbhələri dondurublar.
“Kurska hücumdan əvvəl ruslar Donbasda yeddi cəbhədə irəliləyirdilər. İndi Pokrovska ilişib qalıblar, digər istiqamətlərdən qoşunları Kurska doğru hərəkət edirlər”, - mənbə bildirib.