Britaniya kralı III Çarlzın kiçik oğlu, şahzadə Harri yalnız böyük qardaşı Vilyam ondan üzr istəyəndən sonra kral ailəsinə qayıdacaq.
Teleqaf.com xəbər verir ki, "Daily Mirror" nəşri Harrinin belə bir şərt irəli sürməsini etibarlı mənbələrə istinadla yayıb.
Nəşrin bildirdiyinə görə, qardaşların münasibətlərinin pozulmasından sonra Harri kral ailəsi üzvü statusundan imtina edib.
Harri 2023-cü ildə şahzadə Çarlz və onun həyat yoldaşı Kamilla haqqında mənfi fikirlər əks olunan avtobioqrafik "Ehtiyat" adlı kitab çap etdirib.
Kitabın nəşrindən sonra şahzadə Vilyam ailəsi bəyan edib ki, Harri geri dönsə belə onu qəbul etməyəcəklər.