Qarşıdan gələn parlament seçkilərində Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyasının siyahısına partiyanın təsisçisi və fəxri sədri Bidzina İvanişvili başçılıq edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
2012-ci ildə “Gürcü Arzusu”nun siyahısına Kaxa Kaladze (indiki Tiflis meri), 2016-cı ildə keçmiş baş nazir Georgi Kvirikaşvili, 2020-ci ildə keçmiş baş nazir Georgi Qaxariya başçılıq edib.
Ölkə Baş naziri İrakli Kobaxidze hakim partiyanın seçkiqabağı siyahısının ilk 20 namizədini açıqlayıb. Siyahıya partiyanın rəhbər şəxsləri, deputat səlahiyyətlərini icra edənlər, olimpiya çempionları, “Xalq Hökuməti” Partiyasının üzvləri, eləcə də “Gürcü Arzusu”nun yeni simaları daxildir.
Bidzina İvanişvilinin baş nazirlik olmasa da, prezidentliyə iddialı olduğu bildirilir.