11 Sentyabr 19:56
1 216
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mümkün qələbə planı Ukraynanın ciddi şəkildə gücləndirilməsini və Rusiyanı aqressiv-işğalçı müharibəni dayandırmağa məcbur etmək üçün ona müxtəlif xarakterli təsiri nəzərdə tutur.

Teleqraf.com xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə keçirilən Krım Platformasının sammiti çərçivəsində mətbuat konfransında deyib.

Ukrayna lideri qələbə planını əvvəlcə ABŞ prezidenti Co Baydenlə müzakirə edəcəyini vurğulayıb:

“Qələbə planı daha çox ABŞ və digər tərəfdaşların dəstəyindən asılıdır, lakin hamı başa düşür ki, təsir və yardımın da bir miqyası var”.

Zelenskinin sözlərinə görə, planın məğzi Ukraynanın ciddi şəkildə güclənməsi, Rusiyanın bu müharibəni dayandırmaq qərarına ciddi psixoloji və siyasi təsir göstərməkdən ibarətdir:

“Rusiyanı müharibəni diplomatik yolla dayandırmağa məcbur etmək üçün bu plan mütləq ikinci Sülh Sammitində təqdim edilməlidi. Əgər tərəfdaşları dəstəkləsələr, plan mütləq Rusiyanı müharibəni daha tez bitirməyə məcbur edəcək”.

Ukrayna prezidenti qeyd edib ki, hələlik Rusiya ilə danışıqlardan söhbət getmir.

“Ruslarla danışmaq üçün kiminsə səlahiyyəti olmalıdır. Mən şəxsən heç kimə belə səlahiyyətlər verməmişəm”, - deyə o vurğulayıb.

Zelenski həmçinin qeyd edib ki, tərəfdaşların, xüsusən də Almaniya kansleri Olaf Şolzun sülh yolu ilə nizamlanma planlarından xəbəri yoxdur:

“Şolzun sülh planı haqqında heç nə bilmirəm və Ukraynasız heç bir plan ola bilməz”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər