14 Sentyabr 16:08
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyanla görüşüb.

Teleqraf.com xəbər verir ki, Lukaşenko Minsk və Tehranın siyasətlərində bir sıra oxşar məqamlara diqqət çəkib.

“Biz İranla eyni gəmidəyik və buna görə heç peşman deyilik. Qərb KİV-lərində bizə böhtan atmağa çalışırlar. Bununla belə, biz hələ də həm sanksiyalar, həm də digər təzyiqlərə dözürük”, - Belarus rəhbəri bildirib.

Həmçinin ikitərəfli münasibətlər, əməkdaşlıq məsələləri və Yaxın Şərqdəki vəziyyət müzakirə edilib.

“Bizə ölkənizlə birgə fəaliyyət lazımdır. Çoxqütblü dünyaya doğru irəliləyirik. Bu, çox çətin yol olacaq. Belarus həmişə İranın etibarlı tərəfdaşı olub. Bu yolumuzu ləyaqətlə getməyə hazırıq”, - Lukaşenko deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər