14 Sentyabr 23:55
1 240
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kreml sahibi Vladimir Putin nüvə silahından istifadə edə bilməyəcək, Rusiyanın əlaqələrdə xüsusi önəm verdiyi Çin və Hindistan buna imkan verməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko deyib.

“Rusların Qərbə qarşı tətbiq etdikləri yeganə taktika nüvə dəhşətləri və birbaşa hərbi toqquşma ilə qorxutmaqdır. Qərb Putinin planlarını ciddi şəkildə poza biləcək uğurlu həll yolları həyata keçirdikdə Rusiya həmişə bunu edir. Ancaq bunlar yalnız sözlərdir. Putin nüvə silahından istifadə edə bilməyəcək, çünki Rusiyanın asılı olduğu əsas güclər Çin və Hindistan buna qarşıdır”, - o qeyd edib.

Andrey Kovalenkonun fikrincə, Qərb silahları ilə Rusiyanın dərinliklərinə zərbələrin endirilməsi Kremlin hərbi məğlubiyyətini sürətləndirəcək və onu sülhə sövq edəcək.

“Bu qərarın olmaması mümkün müharibəni NATO ölkələrinə yaxınlaşdıracaq və bir neçə ildən sonra Rusiyanın Baltikyanı ölkələrə təcavüzü ehtimalı artacaq”, - Kovalenko bildirib.

Mərkəzin rəhbəri əmindir ki, Putin nüvə silahına əl atmayacaq:

“İndi həlledici məqamdır. Putin nüvə silahından istifadə etməyəcək və bunu hamı yaxşı bilir. Sadəcə cəmiyyətlərə təsir etməyə çalışır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər