15 Sentyabr 15:10
3 113
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olan ən son hərbi texnikalar və silahlar dünyanın diqqət mərkəzindədir.

Teleqraf.com xəbər verir ki, Fransa mediası Türkiyənin özünü Avropanın ən böyük dəniz güclərindən biri kimi təsdiqləməklə bu sahədə görünməmiş böyümə yaşadığını yazıb.

Son illərdə hava, quru və dənizdə ciddi irəliləyişlər əldə edən Türkiyə, xüsusilə dənizlərdə donanmasının çəkindiriciliyini daha da gücləndirmək üçün səylərini sürətləndirib.

Fransanın RFI portalı bildirir ki, Türkiyə Avropanın ən böyük dəniz güclərindən biri olaraq bu sahədə misli görünməmiş bir inkişaf yaşayır.

Məqalədə Türkiyəyə qonşu olan bəzi ölkələrin bu vəziyyətdən narahat olduğu vurğulanarkən, Prezident Rəcəb Tayyib Ərdoğanın bu sözlərinə yer verilir:

“Torpaqlarımızda sülh içində yaşamaq üçün həm Mavi Vətənimizdə (dənizlər), həm də uzaq coğrafiyalarda güclü və təsiredici donanmamız olmalıdır".

Təhlildə "TCG Anadolu" döyüş gəmisi, freqatlar və tikilməkdə olan ondan çox hərbi gəminin Ərdoğanın Türkiyə donanmasını gücləndirmək səyinin göstəricisi olduğu deyilir. Fransız nəşrinə görə, bu gəlişmələr Ərdoğanın Türkiyənin Qətərdən Somali və Liviyaya qədər təsirini genişləndirmək siyasi gündəminə uyğundur.

"Donanma üçün bu, ölkənin müdafiəsindən daha böyük bir rol anlamına gəlir, bu, artıq sadəcə ərazilərin müdafiəsi yox, həm də bu dənizlər və sərhədlərdən kənarda müdafiə deməkdir. Əvvəllər türk dənizçilər dənizlərə açılırdılar, ancaq həmin gün bazalarına geri dönürdülər və gecəni evlərində keçirirdilər, artıq durum belə deyil", - təhlildə bildirilir.

Məqalədə Egey və Aralıq dənizlərində uzun müddətdir Türkiyə ilə qarşıdurma yaşayan Yunanıstanın narahatlığını xüsusilə dilə gətirdiyi vurğulanarkən, İsrailin də Şimali Kiprdəki PUA bazası da daxil olmaqla, Türkiyə donanmasının böyüməsi ilə bağlı həyəcan təbili çaldığı deyilir.

Təl-Əviv Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun baş elmi işçisi Qalliya Lindenştraus Fransa portalına söyləyib:

"Türkiyənin Şimali Kiprdəki PUA bazası kimi bəzi dəniz həmlələri İsraili hədəfə ala bilər. Bu, birbaşa toqquşmanın yenidən olacağı anlamına gəlmir, amma bu o deməkdir ki, İsrail ordusu bunu hesablamalıdır".


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər