ABŞ kəşfiyyatı prezidentliyə namizəd Donald Trampın seçki qərargahına İran tərəfindən ona qarşı sui-qəsd təhlükəsi olması barədə məlumat verib.
Teleqraf.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Telekanalın məlumatına görə, ABŞ xüsusi xidmət orqanları İranın Trampa və onun ətrafındakılara qarşı hücumları gücləndirmək planı ilə bağlı qərargaha məlumat verib.