16 Sentyabr 15:57
978
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nə qədər ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi davam edəcək, Moskva ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlər dəyişməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrel deyib.

Sülh razılaşması olacağı təqdirdə Rusiya ilə münasibətlərin yenidən başlanmasının mümkünlüyü ilə bağlı sualı cavablandıran Borrel bildirib ki, o, Putin Rusiyası ilə yaxın gələcəkdə sülh görmür.

“Uzaq gələcəkdə, müharibədən sonrakı şəraitdə Rusiya ilə münasibətlərdə müəyyən dəyişikliklər ola bilər, amma fakt faktlığında qalır ki, müharibənin davam etməsi ehtimalı var. Çətin ki, belə şəraitdə iş həmişəki kimi olsun, Aİ-nin qırmızı xətləri var”, - avropalı diplomat qeyd edib.

Borrel Beynəlxalq Cinayətlər Məhkəməsinin Putin və yaxın çevrəsi barədə həbs qərarlarını xatırladıb və Rusiyanın Ukraynadakı müharibəyə görə məsuliyyət daşımasının vacibliyini vurğulayıb.

“Putin açıq şəkildə bildirir ki, maksimalist tələblərinin yanındadır: Ukraynanın işğalı, Ukrayna xalqının tabe edilməsi. Bəlkə də Ukraynadan kənarda da ambisiyaları var. Putin Rusiya İmperiyasını özünə əsas miras kimi bərpa etməyə getdikcə daha çox aludə olur. Danışıqlardakı təcrübə də yaxşı məlumdur”, - Aİ-nin baş diplomatı vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər