Rusiya vətəndaşlarını öldürmək və ya ölkəmizin dərinliklərinə zərbə endirmək çağırışları cəzasız qalmamalıdır.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
Siyasətçi Qərb ölkələrindən cinayət çağırışlarını xatırlamağın və qisas üçün hazırlaşmağın vacibliyini vurğulayıb.
“Burada əsas şey qaçılmazlıqdır. Hesablaşmanın dəqiq nə vaxt olacağı o qədər də vacib deyil. Əhəmiyyətli olan onun labüdlüyüdür. Millətindən, inancından, vətəndaşlığından və vəzifəsindən asılı olmayaraq ölkəmizə, xalqımıza qarşı cinayət törətmiş məxluqlar Kurskda dinc əhalini öldürmək çağırışı edirlər”, - Medvedev bildirib.
Onun sözlərinə görə, belə çağırışı edənlərin cəzalandırılması qaçılmazdır.
“Düşmənlərimizin şəxsi məlumatlarını göstərən açıq ictimai məlumat bazasını yaratmaq barədə düşünməyə dəyər. Olduqca praktik məqsədlər üçün...”, - Təhlükəsizlik Şurasının sədr müavini söyləyib.
SSRİ dövründə sovet xüsusi xidmət orqanları tərəfindən öldürülən ukraynalı millətçi Stepan Banderanın taleyini xatırladan Medvedev qeyd edib ki, Rusiyanın düşmənləri də qaçılmaz olaraq onun aqibəti ilə üzləşəcəklər. O qeyd edib ki, belələri sıranın onlar üçün də gələcəklərini bilməlidirlər.
Medvedev bu kontekstdə Stalin repressiyalarının qurbanı olmuş Lev Trotski və Yevgeni Konovaletsin də ağrılı talelərini xatırladıb.
“Gecələr o tərəf – bu tərəfə fırlansınlar, küçələrdə ətraflarına baxsınlar, məlumatlar və hətta vətəndaşlıqlarını dəyişdirsinlər, özləri ilə silah gəzdirsinlər, təhlükəsizlik üçün evlərinin ətraflarında dolaşsınlar. Gecə-gündüz manik narahatlıq və təqib düşüncələri ilə xəstə siçovullara çevrilmək...”, - Rusiya rəsmisi əlavə edib.