20 Sentyabr 12:21
1 525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Kişinyovu Moldovanı Ukrayna münaqişəsinə cəlb edəcək addımlardan çəkinməyə çağırır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Biz bir daha Kişinyovu Moldovanı Ukraynadakı münaqişənin iştirakçısına çevirə biləcək məsuliyyətsiz addımlardan çəkinməyə çağırırıq”, - diplomat bildirib.

Zaxarova Moldovanı Qərb ölkələrinin oyunlarına gəlməməsi barədə xəbərdarlıq edib.

Zaxarova Rumıniyanın F-16 qırıcılarına texniki xidmət göstərmək üçün Buxarest tərəfindən alınan mobil stansiyaları Markulesti aerodromunda yerləşdirmək üçün Moldovaya yönləndirmə planları ilə bağlı yayılan məlumata diqqət çəkib:

“Mütəxəssislər bunu Kişinyovda Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün Qərb tərəfindən təhvil verilmiş təyyarələrin yerləşdirilməsi məqsədilə Moldovanın aerodrom infrastrukturu ilə təmin edilməsi üçün zəmin hazırladıqlarının növbəti təsdiqi kimi qiymətləndiriblər. Həmçinin Almaniya, Fransa, Polşa və Baltikyanı ölkələr də daxil olmaqla, bir sıra Qərb dövlətlərini əhatə edən Moldovanın hərbiləşdirilməsi prosesi fəal şəkildə gedir.

Moldova rəhbərliyi təhlükəsizlik məsələsi ilə bağlı faciəvi nəticələrə səbəb ola biləcək məsuliyyətsiz oyunları davam etdirir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər