Yaxın Şərqdən tutmuş Ukrayna və Sudana qədər dünyada münaqişələr çoxalır və tüğyan edir, bunun sonu görünmür.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş deyib.
Onun sözlərinə görə, qlobal kollektiv təhlükəsizlik sistemini geosiyasi fikir ayrılıqları təhdid edir. Fürsət və ümid gətirə biləcək resurslar məhvə doğru gedir.
Təşkilatın baş katibi "səlahiyyətini itirmiş" BMT Təhlükəsizlik Şurasında islahatlara çağırıb.