Ukrayna prezidenti Vladimir Zelenski BMT Baş Assambleyasının tədbirlərində iştirak etmək üçün Nyu Yorka gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Ukrinform” agentliyi məlumat yayıb.
Zelenski Qərb ölkələrinin və beynəlxalq təşkilatların rəhbərləri ilə bir sıra ikitərəfli görüşlər planlaşdırır. Bundan əlavə, Zelenski Amerika şirkətlərinin rəhbərləri ilə Ukraynanın enerji ehtiyaclarını necə ödəməyi müzakirə etmək niyyətindədir.