Ararat Mirzoyan BMT Baş Assambleyası çərçivəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xarici işlər nazirlərinin görüşünü boykot edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Xatırladaq ki, iyunun 21-də Qazaxıstanın paytaxtı Almatıda keçirilən KTMT-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında da Ermənistan təmsilçisi iştirak etməyib.
2024-cü ilin fevralında Ermənistan KTMT-yə üzvlüyünün dondurulduğunu elan edib və sonradan təşkilata üzvlük haqqını ödəməkdən imtina edib. İyunun 12-də baş nazir Nikol Paşinyan Milli Assambleyada çıxışı zamanı Ermənistanın gələcəkdə KTMT-dən çıxacağını istisna etməyib.