28 Sentyabr 16:59
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın Bəlucistan əyalətində baş verənlər İslamabadı narahat edir. Pakistan Daxili İşlər Nazirliyi bölgədə fəallaşan etnik separatçılara qarşı mübarizəni gücləndirib. Hökumət separatçılarla mübarizə məqsədilə güc strukturlarına əlavə maliyyə ayırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, separatçılar Pakistanın Çinlə bölgədə həyata keçirdiyi layihələrə qarşı təxtibatlar törədirlər:

“Çinin “Bir Yol, Bir Kəmər” layihəsinin (nəqliyyat dəhlizləri ilə bağlı - red.) bir hissəsi Pakistanın Bəlucistan əyalətindən keçir. Proje çərçivəsində milyardlarla dollar dəyərində dəmir yolları çəkilməli, liman və enerji infrastrukturu yenilənməlidir. Separatçılar bu layihələrdən onlara da pay çatmasını tələb edirlər. Separatçılar avqustda silahlı hücumlar həyata keçirməklə onlarla insanın ölümünə səbəb olublar.

Separatçı bəlucların təxribatları bölgənini inkişafına əngəldir. Təxribatlar səbəbindən bölgədə Çin şirkətlərinin fəaliyyəti çətinləşib. Pekin çinli işçilərin təhlükəsizliyini əsas gətirərək bəzi fəaliyyətlərə fasilə verib. Mövcud durum İranla Pakistan arasında çəkilməsi planlaşdırılan qaz boru xəttinin tikintisini də ləngidib. Bölgədə silahlı bəlucların sayı təxminən 4 minə yaxındır. Bəluclar silahlı mübarizəylə yanaşı, sosial şəbəkələrdə də fəaldırlar. Bütün hallarda İslamabad bölgədə qayda-qanun yaratmaqda qətidir. Çünki bölgə Pakistan üçün strateji əhəmiyyət kəsb edir. Bəlucistan qızıl, titan və digər yeraltı sərvətlərə malikdir.

İslamabad mövcud problemlərə baxmayaraq, Çinin Pakistana yatırımlarının artırılmasına çalışır. Ancaq bunun reallaşması üçün Bəlucistanda separatizmə son qoyulmalıdır. İslamabad Pekinlə bütün sahələrdə strateji tərəfdaşlığı gücləndirərkən, qonşu Əfqanıstanla münasibətlərdə sualların sayı artıb. Vaxtilə Talibanın formalaşması və Əfqanıstanda hakimiyyətdə gəlməsində Pakistanın önəmli rolu olub. Pakistan Taliban rejimini tanıyan ilk ölkələrdəndir. Buna baxmayaraq, keçmiş müttəfiqlər arasında zaman-zaman gərginliklər yaşanır”.

Mərkəzin ekspertləri bildirirlər ki, gərginliyin artmasından sonra onilliklər ərzində milyonlarla əfqan qaçqını qəbul edən Pakistan onların geri qayıtmasını tələb edib: “Son bir ildə 1 milyon 800 minə yaxın əfqan Pakistan və İrandan geri qayıdıb. Əfqanıstanda iqtisadi vəziyyət ağır olaraq qalır. Bu səbəbdən geri qayıdan əfqanların sosial porblemlərinin həll üçün Talibanın əlavə vəsaitə ehtiyacı var. Ancaq Çindən başqa heç bir ölkə Əfqanıstana yatırımlar həyata keçirməyə tələsmir. Çünki Taliban rejiminin idarəetmə üsulu, o cümlədən qadınlara qarşı sərt tələbləri müxtəlif ölkələri Əfqanstanla iqtisadi əməkdaşlıqdan çəkindirir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər