1 Oktyabr 17:07
1 155
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Uqledar şəhərinin mərkəzinə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Donetskin hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin məlumat verib.

Onun sözlərinə görə, Uqledarda 107 mülki şəxs qalıb, bütün uşaqlar çoxdan şəhərdən təxliyə olunub. Qurum rəsmisi eyni zamanda əlavə edib ki, humanitar yardım, içməli su, dərman almaq üçün orada olan insanlara çatmaq çətindir.

“Müharibənin aktiv fazası gedir. Artıq düşmən demək olar ki, şəhərin mərkəzindədir”, - Filaşkin bildirib.

O, həmçinin qeyd edib ki, Toretskdə çətin humanitar vəziyyət yaranıb, burada 500-dən çox dinc sakin qalıb. Vilayət rəsmisi vurğulayıb ki, humanitar yardım göstərmək çətindir, çünki ruslar şəhərə gedən bütün yolları atəşə tutur. Pokrovsk şəhərində isə sakinlərin təxliyə davam edir, hazırda burada 14 min nəfər və 105 uşaq var.

Filaşkin əlavə edib ki, Çasiv Yarda 441 nəfər qalıb, vəziyyət kifayət qədər ağır və təhlükəlidir, amma sakinlər şəhəri tərk etmək istəmirlər.

Qurum rəhbəri Donetskin intensiv atəş altında olduğunu və bölgədə qalmağın təhlükəli olduğunu söyləyib. Onun sözlərinə görə, hazırda bölgədə məcburi təxliyə işləri aparılır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər