1 Oktyabr 00:39
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin sentyabrın 23-də başlayan bombardmanları səbəbindən Livandan bir milyona yaxın sakin vətənlərini tərk edib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu Livan hökuməti yanında fövqəladə hallar mərkəzinin koordinatoru Nasser Yassin deyib.

“İsrailin Livana təcavüzünün yeddinci günündə qaçqın vəziyyətinə düşərək 856 mərkəzdə müvəqqəti məskunlaşan vətəndaşlarımızın sayı 157 min nəfər təşkil edib" - Yassin deyib.


Eyni zamanda, Yassinin sözlərinə görə, evlərini tərk etmək məcburiyyətində qalan livanlıların ümumi sayı bir milyonu keçib ki, bu da ölkə əhalisinin təxminən dörddə birini təşkil edir.


Müəllif: Arzu

Oxşar xəbərlər