1 Oktyabr 13:11
928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nikol Paşinyan hökuməti Ermənistanda “Qarabağ məsələsi”ni bağlamaq üçün hazırlıq görür.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Nəşrin məlumatına görə, İrəvan nəhayət məsələni bağlamaq üçün keçmiş separatçı rejimin “təhlükəsizlik şurasının katibi” Samvel Babayanı yenidən prosesə cəlb edir.

Bir neçə həftə əvvəl Ermənistan parlamentinin spikeri Alen Simonyan ləğv edilmiş qondarma qurumun İrəvandakı “təmsilçiliyinə” yenidən baxmağın zəruriliyini açıqlamışdı. Erməni nəşri bu açıqlamanı təsadüfi saymır və iddia edir ki, İrəvan binanı separatçıların əlindən almağa çalışır.

Dünən Babayanın tərəfdarları ilə sözügedən binanın önündə etiraz aksiyası keçirib. Etirazçıların gündəmində “Qarabağ ermənilərinin sosial problemləri” olub. Onlar yeni strukturun (QHT) yaradılmasını, Babayanın da ora rəhbər təyin olunmasını təklif edirlər.

“Hraparak” yazır ki, İrəvanın məqsədi ləğv edilmiş qondarma qurumun fəaliyyətinə birdəfəlik son qoymaq, onu heç bir iddiası olmayan QHT-yə çevirməkdir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər