1 Oktyabr 11:23
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ müdafiə naziri Lloyd Ostin İsrail ordusu Livanda quru əməliyyatına başladıqdan sonra israilli həmkarı Yoav Qalantla danışıb.

Teleqraf.com xəbər verir ki, Pentaqon rəhbəri ABŞ-ın İsrailin özünümüdafiə hüququnu dəstəklədiyini deyib.

“Livan “Hizbullah”ının İsrailin şimal ərazilərinə oktyabrın 7-nə bənzər hücumlar həyata keçirə bilməməsini təmin etmək üçün sərhəd boyunca hücum infrastrukturunun sökülməsi zərurətində razılaşdıq”, - Ostin bildirib.

ABŞ müdafiə naziri həmçinin qeyd edib ki, mülki əhalinin sərhədin hər iki tərəfindəki evlərinə təhlükəsiz şəkildə qayıtması üçün diplomatik həllə ehtiyac var. Bundan əlavə, Ostin söyləyib ki, Birləşmiş Ştatlar İran və onun dəstəklədiyi terror təşkilatlarının təhdidləri qarşısında Amerika personalı, tərəfdaşları və müttəfiqlərini qorumaq üçün hər cür imkana malikdir və hər hansı tərəfin gərginlikdən sui-istifadə etməsi və ya münaqişəni qızışdırmasına mane olmaq əzmindədir.

Həmçinin Pentaqonun rəhbəri İsrailə birbaşa hərbi hücum etmək qərarına gəlsə, İran üçün ciddi nəticələrin olacağı barədə xəbərdarlıq edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər