09:55
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbirlər zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aslan İsmayılov saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

Məlumata görə, onun üzərinə keçirilən baxış zamanı 1 kiloqrama yaxın heroin, metamfetamin və marixuana aşkarlanıb.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işi başlanıb.

Araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər