Amerika prezidenti Co Bayden İsrail ordusunun Livanda mümkün əməliyyatını dəstəkləmir.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Bayden bunu Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.
“Mən İsrail əməliyyatı haqqında düşündüyünüzdən daha çox şey bilirəm. İsrail hərbi əməliyyatı dayandırsa, yaxşı olardı. Bizə indi atəşkəs lazımdır”, - Bayden bildirib.