"Regionun sərhədlərində və geosiyasətində istənilən dəyişiklik gərginliyə, regiondan kənar aktorlar tərəfindən sui-istifadəyə səbəb olacaq".
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə İranın Birinci vitse-prezidenti Məhəmməd Rza Aref Rusiya Baş naziri Mixail Mişustin ilə görüşdə deyib.
İran rəsmisi bildirib ki, Zəngəzur dəhlizi və Şimal-Cənub dəhlizi ilə bağlı məsələlər ətrafında daha çox müzakirə aparılmalıdır.