30 Sentyabr 21:07
2 450
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsanlara pul qarşılığında dostluğunu satan şəxs karyerasından danışıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, 40 yaşlı yapon Şoji Morimoto insanlarla pul müqabilində dostluq edir.

O, müştəri ilə bir görüş üçün 14 min yen (təxminən 481 manat) alır. Eyni zamanda, 40 yaşlı Morimotonun illik qazancı 11,4 milyon yen (təxminən 143 min manat) təşkil edir.

X şəbəkəsində 300 mindən çox izləyicisi olan Morimoto üç ildə öz kitabını çıxarıb və bir serialın ilham mənbəyi olub.

Morimoto iş zamanı başına gələn maraqlı hadisələrdən danışıb. O bildirib ki, müştərilərin istəklərini heç bir zaman geri çevirmir. Sadəcə pop musiqi konsertlərinə getmir. O, bir dəfə konsert zamanı müştərisinin onun qarşısında kağız yeməsindən çox qorxduğunu deyib.

Morimoto ingilis dilini bilmir, amma bəzən britaniyalı və amerikalı turistlər onu işə götürür və ondan özünü sanki onları başa düşürmüş kimi göstərməsini xahiş edirlər.


Müəllif: Arzu

Oxşar xəbərlər