19:10
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail qoşunlarının Livandakı əməliyyatı uzun sürməyəcək yəhudi dövlətinin hərbçiləri əməliyyatı ən qısa zamanda həyata keçirmək niyyətindədirlər.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Daniel Hagari danışıb.

“Mən təfərrüatları düşmənə açıqlamayacağam, amma biz bunu mümkün qədər qısa zamanda bitirəcəyik. Hal-hazırda həyata keçirdiyimiz məhdud və lokallaşdırılmış əməliyyatda lazım olanı edəcəyik”, - deyə Hagari deyib .

O, İsrail ordusunun yalnız Hizbullahın hərbi infrastrukturunu hədəf aldığını deyib. Bundan başqa İsrail ordusunun Beyruta və ya Livanın cənubundakı şəhərlərə hücum etməyəcəyini , hücumu ölkənin cənubundakı sərhəd kəndləri ilə məhdudlaşdıracağını bildirib



Müəllif: Arzu

Oxşar xəbərlər