30 Sentyabr 23:35
381
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyinə üzv ölkələr BMT Təhlükəsizlik Şurasının Livandakı vəziyyətlə əlaqədar iclasının təcili çağırılmasını tələb edirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa Birliyinin baş diplomatı Jozep Borrell danışıb.

"Üzv ölkələr də BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırır və biz atəşkəsə nail olmaq üçün bütün diplomatik səyləri göstərəcəyik", - o deyib.

Borrellin sözlərinə görə, xarici işlər nazirləri Livandakı vəziyyətdən həddindən artıq narahat olduqlarını bildiriblər və hər hansı müdaxilənin vəziyyəti kökündən pisləşdirəcəyini vurğulayıblar:

“İstənilən hərbi müdaxilə vəziyyəti kəskin şəkildə pisləşdirəcək və bunun qarşısını almaq lazımdır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər