1 Oktyabr 14:52
290
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi 2024-cü ilin sentyabr ayı ərzində 27 aptekdə yoxlama aparıb.

Bu barədə Teleqraf.com-a mərkəzdən məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri üzrə 25, respublikanın digər şəhər və rayonlarında isə 2 aptekdə yoxlama aparılıb:

"24 aptekdə planlı, 2 aptekdə plandankənar və 1 aptekdə yoxlamadan kənar təftiş aparılıb. Yoxlamalar zamanı 2 aptekdə nöqsanlar aşkarlanıb. İnzibati Xətalar Məcəlləsinin 221.9 və 452.3 maddələri üzrə protokollar tərtib edilib."


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər