1 Oktyabr 15:42
2 183
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan öz ərazisində (nəqliyyat dəhlizi məsələsi – red.) insanlar və yüklərin təhlükəsiz daşınmasını təmin etməyə hazırdır.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Baş nazir vurğulayıb ki, Ermənistanın hansısa sənəddə (10 noyabr bəyanatı – red.) üçüncü dövlətlərin öz ərazisində kommunikasiyaların təhlükəsizliyini təmin etməli olması ilə razılaşdığına dair iddialar reallığın təhrifidir: “Eyni şey Ermənistanın regional kommunikasiyalarla bağlı öz suverenliyinin müəyyən qədər məhdudlaşdırılması ilə nə vaxtsa razılaşdığına dair bəzi şərhlərə də aiddir”.

Paşinyan iddia edir ki, belə bir şey olmayıb və bu, həm də reallığın aşkar təhrifidir. Onun sözlərinə görə, Ermənistanın öhdəliyi birmənalı olaraq öz ərazisində yüklər və nəqliyyat vasitələrinin təhlükəsizliyinə zəmanət verir.

“Biz buna zəmanət veririk”, - Ermənistan baş naziri vurğulayıb.

Qeyd edək ki, 10 noyabr üçtərəfli bəyanatına görə, Zəngəzurda açılacaq nəqliyyat dəhlizinə Rusiya sərhədçiləri nəzarət eləməlidir. Həmin bənd həm də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz keçidin təmin olunmasını ehtiva edir. Sənəd 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər