1 Oktyabr 09:45
13 384
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə başçısı parlamentin ilk iclasında gələn il pensiya və minimum əməkhaqqlarının artırılacağını bəyan etdi. Bu, olduqca mühüm qərardır. Dövlət büdcəsi ilə bağlı məsələlər müzakirə edilən zaman minimum əməkhaqqı da diqqətdə olur. Çünki minimum əməkhaqqının artırılması müəyyən sahələrə müsbət təsir göstərir.

Bunu Teleqraf.com-a iqtisadçı alim Vahid Əhmədov deyib.

O qeyd edib ki, hazırda ölkədə minimum əməkhaqqı 345 manatdır:

“Gələn ildən isə bu sahədə hansı səviyyədə artımın olacağını dəqiq söyləmək çətindir. Bu, Maliyyə Nazirliyinin hesablamalarından asılı olan məsələdir. Ona görə də, dövlət büdcəsi müzakirəyə çıxarılan zaman bu məsələyə mütləq baxılmalıdır”.

İqtisadçı hesab edir ki, digər sosial məsələlərin də həlli vacibdir:

“Şəhid ailələri və qazilərin sosial durumuna diqqət yetirilməlidir. Yeni formalaşmış Milli Məclisin deputatlarının bununla bağlı təklifləri var. Hesablamalar aparıldıqdan, dövlət büdcəsinin gəlir və xərcləri müəyyən edildikdən sonra artımın nə qədər olacağı dəqiq bilinəcək”.

Vahid Əhmədova görə, qazilərə verilən 80 manatın artırılması əsas məsələlərdən biridir:

“Burada say kifayət qədər çoxdur. Bu sözsüz ki, böyük vəsait tələb edir. Heç olmasa 80 manatı bir qədər artırıb 150 manat səviyyəsində saxlamaq lazımdır. Gözləntilər odur ki, büdcə layihəsi çərçivəsində bu məsələ də müzakirə ediləcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər