3 Oktyabr 22:57
2 596
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İsrailə raket hücumundan sonra Qətərin vasitəçiliyi ilə ABŞ-a xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

“Vaşinqtonla dolayı əlaqəmizdə birtərəfli təmkin mərhələsinin başa çatdığını və birtərəfli məhdudiyyətin milli təhlükəsizlik ehtiyaclarımıza cavab vermədiyini təkrarladıq”, - məlumatda deyilir.

Mesajda bildirilir ki, İran İsrailin istənilən hücumuna “fövqəladə” cavab verəcək. Bu cavab infrastruktur obyektlərinə də aid ola bilər. Mesajda həmçinin qeyd olunub ki, İran regional müharibə istəmir, lakin yəhudi dövlətinin praktikada çəkindirmə qabiliyyətini yaşamalı olduğuna inanır.


Müəllif: Arzu

Oxşar xəbərlər