Castin Biber reper P Diddinin eyş-işrət məclisləri haqqında danışmağa hazırdır.
Teleqraf.com xəbər verir ki, bu barədə "In Touch Weekly"nin mənbəsi məlumat verib.
“Diddi ona cəhənnəm yaşadıb. O, hazırda bütün diqqətini həyat yoldaşı Hayli və onların bir aylıq oğlu Cek üzərində cəmləyib, lakin bu barədə danışmaq başqalarına kömək edə bilərsə, yəqin ki, bunu edəcək”, - nəşr yazır.
Son günlər P-Diddi və onun keçirdiyi məclislər gündəm olub. Diddinin "Freak Off" kimi tanınan gizli toplantılarında Beyonse, Rihanna, Cennifer Lopes, həmçinin ABŞ-nin keçmiş prezidenti Barak Obama və hətta Şahzadə Harri ilə həyat yoldaşı Meqan Marklın iştirak etdikləri iddia olunur.