7 Oktyabr 13:31
1 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin sentyabrın 27-də Beyruta (Livan) hava hücumundan sonra İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” briqadasının komandiri general-mayor İsmayıl Qənidən xəbər yoxdur.

Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” məlumatlı mənbələrə istinadla yazır.

Müxalif “Iran İnternational” portalı da iddia edir ki, ailəsi də Qəninin taleyi və vəziyyəti haqqında heç nə bilmir.

Məlum hücumda “Hizbullah” terror təşkilatının lideri Həsən Nəsrullahla birlikdə Beyrutda SEPAH komandanının müavini general Abbas Nilforuşan da məhv edilib. Hücum zamanı Qəninin Nəsrullah və Nilforuşanla birgə eyni binada olub-olmadığı məlum deyil.

İsrail və ərəb mənbələri “Qüds” komandirinin öldürüldüyünü yazırlar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər