7 Oktyabr 21:25
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tacikistan Prezidenti İmoməli Rəhman Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin rəhbərlərinin iclasında iştirak etmək üçün Moskvaya rəsmi səfərə gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə Tacikistan liderinin mətbuat xidməti məlumat yayıb.

"Oktyabrın 7-də Tacikistan Respublikasının Prezidenti, xalqın lideri, hörmətli İmoməli Rəhman Rusiya Federasiyasının [paytaxtı] Moskvaya işgüzar səfərə gəlib", - məlumatda qeyd edilib.

Bildirilir ki, Tacikistan liderini hava limanında Moskvanın yüksək vəzifəli nümayəndələri qarşılayıblar.


Müəllif: Arzu

Oxşar xəbərlər