8 Oktyabr 08:49
1 248
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp seçiləcəyi təqdirdə cinsiyyət dəyişdirilməsi ideyalarına qarşı mübarizə aparacağını vəd edib.

Teleqraf.com xəbər verir ki, Tramp bu barədə Polşanın “Republika” telekanalına müsahibəsində danışıb.

“Oğlunuz evdən çıxıb, qız kimi geri qayıdanda və valideynlərə bu barədə heç nə deyilməyəndə nə düşünərsiniz? Mən prezidentlik yolunda belə düşüncələrə sahib olan insanlarla mübarizə aparıram. Əgər Trampa səs versəniz, bu cür hallar sona çatacaq. Normal həyata qayıdacağıq, olması lazım olana qayıdacağıq. Tanrının və insanların istədiyi kimi bir həyata dönəcəyik. Ağıllı olmağa qayıdacağıq, çünki indi ağlımızı itirmişik. Bu insanlar dəli olublar,” - deyə Tramp bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər