12 Oktyabr 08:37
2 361
12 Punto 14 Punto 16 Punto 18 Punto

"NATO-nun illik “Steadfast Noon” təliminin məqsədi Avropada Rusiyaya qarşı məhdud nüvə müharibəsinə hazırlaşmaqdır".

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu rusiyalı ekspert İqor Korotçenko deyib.

Ekspert qeyd edib ki, oktyabrın 14- də baş tutacaq təlimlərdə NATO Amerika taktiki nüvə bombalarının alyansa üzv ölkələrin milli hava qüvvələrinə ötürülməsini təcrübədən keçirəcək.

O, istisna etməyib ki, NATO qoşunları döyüş tapşırıqlarını qəbul etməyi və Rusiya Federasiyasının ərazisində Şimali Atlantika Alyansına üzv dövlətlərlə sərhəd boyunca hədəflərə zərbələr endirməyi planlaşdırır.

"Bütün bu prosedurlar bir məqsəd güdür - NATO ölkələrinin milli hərbi hava qüvvələrinin təyyarələri tərəfindən Rusiya Federasiyasının ərazisindəki hədəflərə Amerika taktiki nüvə silahlarından istifadə etməklə real zərbələr endirməklə Avropada məhdud nüvə müharibəsi", - Korotçenko vurğulayıb.


Müəllif: Arzu

Oxşar xəbərlər