12 Oktyabr 11:51
2 525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya ordusunun zabitləri Ukrayna cəbhəsinə göndərilib. Həmçinin gələcəkdə hərbi əməliyyatlara cəlb olunmaq məqsədilə Rusiyada çoxlu sayda koreyalı hərbçi təlim keçir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu Cənubi Koreya və Ukrayna kəşfiyyatına istinadla məlumat yayıb.

Məlumata görə, Şimali Koreya zabitləri Ukraynanın işğal olunmuş ərazisində rus qoşunlarını müşahidə edir və döyüş meydanında durumu öyrənirlər. Məlumatda deyilir ki, hələlik Şimali Koreyanın heç bir bölməsi Ukraynanın ərazisində fəaliyyət göstərmir.

Ukrayna rəsmisi deyir ki, bir neçə min koreyalı piyada Rusiya ərazisində təlim keçir: “Rusiya hərbi komandanlığı onları ilin sonuna qədər cəbhə və ya sərhəd rayonlarına göndərə bilər”.

Rusiyanın cəbhəyə yerləşdirə biləcəyi Şimali Koreya qoşun qruplaşmasının sayı bəlli deyil. Amma bu, Rusiyaya Ukraynada prioritet hücum əməliyyatları üçün əlavə qüvvələr cəlb etmək və hücumu davam etdirmək imkanı verəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər