12 Oktyabr 14:37
2 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu Donetsk vilayətində irəliləməyə davam edir. Bölgənin bir sıra yaşayış məntəqələri ətrafındakı ərazilər ələ keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın monitorinq qrupu “DeepState” məlumat yayıb.

Ruslar Novoqrodivka, Novoleksandrivka, Suxoy Balka və Ostrivske yaxınlığında irəliləyiblər.

Ukrayna ordusunun Baş Qərargahın məlumatına görə, son sutka ərzində bu yöndə 169 toqquşma baş verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər