12 Oktyabr 15:43
4 981
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden Milli Təhlükəsizlik Şurasına İrana keçmiş prezidenti Donald Trampa qarşı istənilən sui-qəsdin Vaşinqton tərəfindən müharibə aktı sayılacağı barədə xəbərdarlıq etməyi tapşırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Milli Təhlükəsizlik Şurasının sözçüsü Şon Sevet deyib:

“Əgər İran ABŞ-a xidmət etməyə davam edən və ya keçmişdə xidmət etmiş şəxslər də daxil olmaqla vətəndaşlarımızdan hər hansı birinə hücum etsə, ciddi nəticələrlə üzləşəcək”.

Sevet Baydenin Trampı qorumaq üçün bütün resursları yönəltdiyini və kəşfiyyat orqanlarına ABŞ-ın keçmiş prezidenti və onun təhlükəsizlik xidmətinə mümkün təhdidlər barədə məlumat vermək vəzifəsi qoyulduğunu vurğulayıb.

WP yazır ki, Trampın həyatı və təhlükəsizliyi ilə bağlı qorxu ABŞ kəşfiyyatının İranın sui-qəsd planları ilə bağlı tanış olanda yaranıb. Tehran hələ 2020-ci ildə SEPAH generalı Qasım Süleymani İraqda Amerika hərbçiləri tərəfindən öldürüləndə Trampı aradan götürmək istəyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər